Dünya

Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı

11 Oct 2026, 18:56 5 baxış
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın tənqidlərindən sonra ölkədə seçki keçirilməsinə razı olduğunu bildirib. O, bunun üçün 60 gün müddətinə tam atəşkəs elan edilməsini şərt qoyub. Oxu.Az bu barədə "ABC News" telekanalına istinadən xəbər verir ki. "Əvvəla, Prezident Trampa bütün hörmətimlə bildirmək istəyirəm ki, bu və ya digər liderin seçilməsi xalqımızdan asılıdır. Bizə iki ay - 60 günlük tam atəşkəs verin, seçkini təşkil edək", - deyə Ukrayna lideri bildirib. Zelenskinin sözlərinə görə, Ukraynanın hazırkı hakimiyyəti xalqın istənilən seçiminə hazır olacaq. Xatırladaq ki, bundan əvvəl ABŞ lideri Zelenskini ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəməkdə ittiham edib. Tramp həmçinin ukraynalıların yeni lider seçməli olduğunu bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər