Digər

Hörmüzdə daha bir tanker hücuma məruz qaldı

11 Oct 2026, 20:09 2 baxış
Hörmüzdə daha bir tanker hücuma məruz qaldı

Hörmüz boğazında daha bir tanker hücuma məruz qalıb. Hadisə nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.


Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.


Mərkəzin məlumatına görə, tankerin təhlükəsizliyinə cavabdeh şirkətin nümayəndəsi gəminin boğazdan çıxarkən sol bortuna naməlum mərminin dəydiyini bildirib. Nəticədə gəmi zədələnib.


Ekipaj üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir. Ətraf mühitə mümkün zərərlə bağlı isə hələlik məlumat yoxdur. Tankerin adı və hansı limana qeydiyyatda olduğu açıqlanmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər