Digər
Zelenskidən sərt sözlər: Buna Tramp qərar verə bilməz!
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində prezident seçkilərinin keçirilməsi üçün Rusiyanın 60 günlük tam atəşkəsə razılıq verməli olduğunu bildirib.
Axar.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-ın ABC telekanalına müsahibəsində danışıb.
“Putinə deyin ki, bizə iki ay, 60 günlük tam atəşkəs versin. Biz də seçkiləri təşkil edək”, – dövlət başçısı bildirib.
Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsi ilə bağlı açıqlamasına da münasibət bildirib.
O vurğulayıb ki, Ukraynaya kimin rəhbərlik edəcəyinə yalnız ölkə vətəndaşları qərar verməlidirlər.
“Bütün hörmətimlə, liderin kim olacağını seçmək xalqımızın öz işidir”, – Zelenski qeyd edib.
Mənbə
axar.az