Digər

Zelenskinin atəşkəsdən xəbəri yox imiş...

11 Oct 2026, 19:51 3 baxış
Zelenskinin atəşkəsdən xəbəri yox imiş...

Ukrayna 11 oktyabrdan iki ölkə arasında enerji atəşkəsi ilə bağlı Rusiya ilə razılığa gələ bilməyib.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


"Atəşkəs elanı mənim üçün xəbər idi. Amma ruslar enerji atəşkəsinə razılaşsalar, Ukrayna da razılaşacaq. Əgər Prezident Tramp Putinlə razılaşıbsa, xahiş edirik atəşkəsin nə vaxt başlayacağını bizə bildirin. Biz hazırıq və qəbul edəcəyik", - deyə Zelenski vurğulayıb.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında enerji sahəsində atəşkəs elan edildiyini açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər