Siyasət

Hun Manet Azərbaycana rəsmi səfərə gəldi

11 Oct 2026, 17:30 3 baxış
Hun Manet Azərbaycana rəsmi səfərə gəldi
Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Kambocanın Baş naziri Hun Maneti və xanımı Piç Çanmonini Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər