İdman

Maks Ferstappen Mixael Şumaxeri geridə qoydu

11 Oct 2026, 18:40 5 baxış
Maks Ferstappen Mixael Şumaxeri geridə qoydu
Niderlandlı "Formula-1" pilotu Maks Ferstappen Sinqapur Qran-prisində qalib gələrək bir komandanın heyətində qazandığı qələbələrin sayına görə əfsanəvi alman pilot Mixael Şumaxeri geridə qoyub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, "Red Bull" komandasının pilotu dünya çempionatının 17-ci mərhələsində finiş xəttini birinci keçib. "Ferrari"nin monakolu pilotu Şarl Lekler ikinci, "Mercedes"in italiyalı pilotu Kimi Antonelli isə üçüncü olub. Bu, Ferstappenin ardıcıl ikinci qələbəsi, karyerasında isə Sinqapur Qran-prisində ilk uğuru olub. Dördqat dünya çempionu bu nəticə ilə "Formula-1" tarixində daha bir rekorda imza atıb. Sinqapur Qran-prisindəki qələbə Ferstappen üçün karyerasında 73-cü qələbə olub. Qeyd edək ki, Şumaxer "Ferrari"nin tərkibində 72 dəfə qalib gəlib. Bu göstəricidə yalnız yeddiqat dünya çempionu Lyuis Hemilton Ferstappeni qabaqlayır. O, "Mercedes"in pilotu olarkən 84 qələbə qazanıb. Hazırda dünya çempionatınını turnir cədvəlinə 340 xalla Antonelli başçılıq edir. "Mercedes"in britaniyalı pilotu Corc Rassell 238 xalla ikinci, "Ferrari"ni təmsil edən həmyerlisi Lyuis Hemilton isə 229 xalla üçüncü yerdədir. Mühəndislərç Kubokunda "Mercedes" 578 xalla liderdir. "Ferrari" 444 xalla ikinci, "McLaren" isə 339 xalla üçüncü pillədə qərarlaşıb. Mövsümün növbəti mərhələsi olan ABŞ Qran-prisi oktyabrın 23-dən 25-dək Texas ştatının Ostin şəhərində keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər