Digər

Biz prezident Zelenskini dəstəkləyirik - Britaniya

11 Oct 2026, 18:21 5 baxış
Biz prezident Zelenskini dəstəkləyirik - Britaniya

Şübhəmiz yoxdur ki, burada təcavüzkar Vladimir Putindir. Bu müharibəni məhz o başlayıb və sabah başa çatdıra bilər, lakin bunu etmir.


Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq deyib.


“Biz Ukraynanı dəstəkləyirik. Biz prezident Zelenskini dəstəkləyirik. ABŞ-ın da Ukraynaya dəstəyi davam edir. Bu dəstəyə silah satınalmaları və diplomatik səylər də daxildir. Trampın sərt ritorikası seçkilər ərəfəsində yanacağın qiymətləri ilə bağlı yaranan təzyiqlə əlaqəli ola bilər”, - nazir bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın yeni prezident seçmək vaxtının çatdığını demişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər