Digər

Ər-Riyadda hava limanına növbəti dəfə zərbə endirildi

11 Oct 2026, 18:48 4 baxış
Ər-Riyadda hava limanına növbəti dəfə zərbə endirildi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid adına Beynəlxalq Hava Limanına naməlum mərmi düşüb.


Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri məlumat yayıb.


Hadisədən sonra terminalda yanğın başlayıb. Ərazidə xüsusi xidmət orqanları işləyir.


Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi husilərin hava limanına hücumu nəticəsində azı 12 nəfərin öldüyünü, daha 309 nəfərin yaralandığını açıqlamışdı. Ər-Riyad Beynəlxalq Hava Limanı təxminən oktyabrın 11-i günün sonunadək bağlı olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər