Kriminal

Bakıda güclü yanğın

10 Oct 2026, 19:58 3 baxış
Bakıda güclü yanğın

Bakının Xətai rayonunda yanğın başlayıb.


Axar.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər