Kriminal
Bakının mərkəzi prospektində güclü yanğın baş verib
Bakının Xətai rayonunda baş verən yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən Oxu. Az-a verilən məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bakının Xətai rayonunda yanğın başlayıb. Oxu.Az-ın məlumatına görə, hadisə 8 Noyabr prospektində baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Mənbə
oxu.az