Kriminal

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat - Foto

10 Oct 2026, 18:34 1 baxış
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat - Foto
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yük maşınının aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Oxu.Az-ın ədə etdiyi məlumata görə, Laçın rayonunun Kamallı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1985-ci il təvəllüdlü Xudayar Əhliman oğlu Səmədov "Mersedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə İmişli rayonu ərazisindəki mal bazarından Bakı şəhərinə gəlirmiş. O, Bakı-Ələt yolunda idarəetməni itirərək yük maşınını aşırıb. Avtoqəza nəticəsində sürücü Xudayar Səmədov və sərnişinləri - Laçın rayonunun Kamallı kənd sakinləri, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Qarabağ küçəsində məskunlaşan, 1972-ci il təvəllüdlü İzahat Mətləbxan oğlu Məmiyev, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1978-ci il təvəllüdlü Rahib Muradxan oğlu İsfəndiyarov və Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Neftçilər parkı adlanan ərazidə məskunlaşmış,1981-ci il təvəllüdlü Vüqar Telman oğlu Hüseynov hadisə yerində ölüblər.
Hadisə nəticəsində xəsarət alan digər sərnişin, Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə məskunlaşmış,1984-cü il təvəllüdlü Alyoşa Vəzir oğlu Bəşirov ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, vəziyyəti ağırdır.
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat - Foto Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər