İdman
"İnter" "Parma"nı üç qolla məğlub etdi
İtaliya A Seriyasının VI turunda "İnter" doğma meydanda "Parma"nı 3:0 hesabı ilə məğlub edib. Oxu.Az "Çempionat"a istinadən xəbər verir ki, Milandakı "Cüzeppe Meatsa" stadionunda keçirilən görüşdə hesabı 13-cü dəqiqədə xorvatiyalı Petar Suçiç açıb. Hakan Çalhanoğlu 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. Markus Türam isə 31-ci dəqiqədə matçın yekun hesabını müəyyənləşdirib. Bu qələbədən sonra "İnter" altı oyundan topladığı 16 xalla turnir cədvəlinə başçılıq edir. "Parma" isə dörd xalla 17-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az