Cəmiyyət

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi

10 Oct 2026, 21:55 1 baxış
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb.


Axar.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Onlara zəruri tibbi xidmətlər göstərilib.


Hazırda hər iki pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər