İdman

Türkiyəli motosikletçi qəzaya düşdü: Çıxan çiynini özü yerinə saldı - Foto/Video

10 Oct 2026, 19:24 2 baxış
Türkiyəli motosikletçi qəzaya düşdü: Çıxan çiynini özü yerinə saldı - Foto/Video
Türkiyəli motosikletçi Toprak Razqatlıoğlu "MotoGP" İndoneziya Qran-prisinin ikinci sərbəst yürüşündə qəza keçirib. Motosikletindən yıxılaraq sağ çiyni üstə düşən idmançı yerindən çıxan çiynini özü yerinə salıb. Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri MotoGP-nin rəsmi hesabında paylaşılıb.

"Prima Pramac Yamaha" komandasının üzvü olan Razqatlıoğlu xəsarət aldıqdan sonra İndoneziya Qran-prisinin sprint yarışında iştirak edib və finişə 19-cu çatıb. Yarışın qalibi "Ducati Lenovo" komandasının ispaniyalı pilotu Mark Markes olub. O, məsafəni 19 dəqiqə 37.125 saniyəyə qət edib. Qeyd edək ki, İndoneziya Qran-prisinin əsas yarışı oktyabrın 11-də keçiriləcək.
{{gallery}}
Türkiyəli motosikletçi qəzaya düşdü: Çıxan çiynini özü yerinə saldı - Foto/Video Türkiyəli motosikletçi qəzaya düşdü: Çıxan çiynini özü yerinə saldı - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər