İdman
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurdular
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin fərdi yarışlardakı çıxışı başa çatıb. Oxu.Az xəbər verir ki, idmançılarımız fərdi mübarizədə bir qızıl, iki gümüş və dörd bürünc medal əldə ediblər. Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu tituluna yiyələnib. Zelim Tçkayev (81 kq) gümüş medal qazanıb. Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə dünya çempionatını bürünc medalla başa vurublar. Qeyd edək ki, oktyabrın 4-də start götürən dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Sabah turnirə qarışıq komanda yarışları ilə yekun vurulacaq.
Mənbə
oxu.az