İdman

"Mançester Siti"nin sahibləri klubun idarəsindən imtina edirlər?

10 Oct 2026, 19:32 4 baxış
"Mançester Siti"nin sahibləri klubun idarəsindən imtina edirlər?
Əbu-Dabidən olan investorlar "Mançester Siti"yə nəzarətdən imtina etməyi nəzərdən keçirirlər. Oxu.Az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu ehtimal İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı araşdırma üzrə qərara verilən reaksiyalarla əlaqədardır. Məlumata görə, investorlar əvvəlcə müstəqil komissiyanın qərarından sonra da klubu idarə etmək niyyətində olublar. Lakin azarkeşlərin münasibətinin gözləniləndən fərqli olması onların mövqeyinə təsir göstərə bilər. Məsələ Birləşmiş Ərəb Əmirliklərinin Böyük Britaniyaya gələcək investisiyaları ilə bağlı suallar da yaradıb. Premyer Liqa klublarından birinin rəhbəri BƏƏ ilə münasibətlərin qorunmasının Britaniya üçün vacib olduğunu bildirib. Bununla belə, Britaniya hökumətinin nümayəndəsi vəziyyətin ciddi siyasi və iqtisadi nəticələrə gətirib çıxaracağı ehtimalına ehtiyatla yanaşıb. O, "Mançester Siti"nin sahiblərinin təcrübəli investorlar olduğunu və ölkənin siyasi sistemini yaxşı tanıdıqlarını qeyd edib. Hazırda investorların klubun gələcəyi ilə bağlı yekun qərar verib-vermədiyi məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər