Dünya

Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı

10 Oct 2026, 19:02 3 baxış
Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid adına beynəlxalq hava limanı yaxınlığında partlayış olub, hava limanında sərnişinlərin və əməkdaşların təxliyəsinə başlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" şahidlərə istinadən məlumat yayıb.

Yəməndə husilərin nəzarətində olan SABA agentliyi isə uçuşların izlənməsi xidmətlərinin məlumatlarına istinadən Ər-Riyad, Dammam və Əbha şəhərlərinin hava limanlarının fəaliyyətinin tamamilə dayandırıldığını bildirib. Agentliyin iddiasına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın aviasiyası husilərin nəzarətində olan Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanına da dörd zərbə endirib.
Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər