İdman

Kol Palmer "Çelsi" ilə yeni müqavilə imzalayıb

10 Oct 2026, 18:00 2 baxış
Kol Palmer "Çelsi" ilə yeni müqavilə imzalayıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçisi Kol Palmerlə yeni müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, London təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 24 yaşlı futbolçu ilə anlaşma 2034-cü il iyunun sonunadək qüvvədə olacaq. Əvvəlki müqavilə 2033-cü ilə qədər qüvvədə olmalı idi. Palmer 2023-cü ilin sentyabrından "Çelsi"nin formasını geyinir. O, bu müddətdə London klubunda 138 oyuna çıxıb, 58 qol vurub və 34 məhsuldar ötürmə verib. İngiltərəli yarımmüdafiəçi "Çelsi" ilə UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər