Digər

İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama

10 Oct 2026, 18:29 1 baxış
İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama

Bakıda Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifovun işdən çıxarılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.


Axar.az xəbər verir ki, bu barədə məktəbin rəsmi Feysbuk hesabında məlumat yayılıb.


“Sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir. İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər