İdman
İspaniya çempionatında gərgin anlar: "Rayo Valyekano" - "Atletik Bilbao" oyunu dayandırıldı - Video
Futbol üzrə İspaniya çempionatında "Rayo Valyekano" ilə "Atletik Bilbao" komandaları arasında keçirilən oyun tribunada baş verən qarışıqlıq səbəbindən yarımçıq dayandırılıb. Azarkeşlərin meydana müxtəlif əşyalar, o cümlədən plastik oturacaqlar atdığı bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Rayo Valyekano" klubunun mətbuat xidməti məlumat yayıb.
Polisin tövsiyəsindən sonra hakim oyunu dayandırmaq qərarına gəlib. Qeyd edək ki, "Atletik Bilbao" 6 oyundan sonra 8 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Rayo Valyekano" isə 7 matçda topladığı 8 xalla 13-cü yerdədir.

Mənbə
oxu.az