İdman

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

10 Oct 2026, 15:02 3 baxış
Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən, cəza avtomatik olaraq qüvvəyə minib. İndi federasiyanın Nizam-İntizam Komitəsi cəzanın yekun müddətini müəyyən etməlidir. Sanksiyaların müddəti bir aydan altı aya qədər dəyişə bilər. Əgər komitə ən sərt qərarı qəbul edərsə, Ronaldu milliyə yalnız 2027-ci ildə - 42 yaşında qayıda biləcək. Qeyd edək ki, Ronaldu millinin baş məşqçisi Jorji Jezuş ilə arasında yaranan münaqişə səbəbindən komandanın düşərgəsini tərk edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər