Cəmiyyət

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

10 Oct 2026, 15:52 3 baxış
Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.


Axar.az xəbər verir ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:


"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.


Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik".

Mənbə axar.az

Oxşar Xəbərlər