Dünya

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

10 Oct 2026, 15:56 3 baxış
Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübarizə çərçivəsində yeni qaydalar hazırlanıb, tütün məhsullarının satışında yaş təsdiqi sisteminə keçiləcək və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi məcburi olacaq. Nazir son dövrlərdə ölkəsində siqaret çəkmə nisbətində artım müşahidə edildiyini söyləyib: "Siqaret, əslində insanları istismar edən bir sektorun təşviq etdiyi zərərli vərdişdir. Tütün məhsulları Türkiyədə ölüm səbəblərinin təxminən 60 faizini təşkil edən xəstəliklərin əsas qaynağıdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər