İdman

Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi

10 Oct 2026, 09:52 2 baxış
Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün 7-ci yarış gününün görüşləri keçiriləcək. Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin dörd üzvü qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrində mübarizə aparacaq. Qadınların +78 kq çəki dərəcəsində Madina Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq. Kişilərin +100 kq çəki dərəcəsində Camal Qamzatxanov 1/32 finalda Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq. Uşanqi Kokauri və Kənan Nəsibov isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) - Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər