Siyasət

Prezident sərəncam imzaladı

10 Oct 2026, 10:47 3 baxış
Prezident sərəncam imzaladı

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib.


Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.


Sərəncamla Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:


"Komissiyanın sədri


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Komissiya sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini


Komissiyanın üzvləri:


Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini


Azərbaycan Respublikası daxili işlər nazirinin müavini


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı


Balakən Rayon İcra Hakimiyyətinin başçısı


Qax Rayon İcra Hakimiyyətinin başçısı


Qazax Rayon İcra Hakimiyyətinin başçısı


Samux Rayon İcra Hakimiyyətinin başçısı


Tovuz Rayon İcra Hakimiyyətinin başçısı


Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi"nin sədri


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini".

Mənbə axar.az

Oxşar Xəbərlər