Siyasət

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

10 Oct 2026, 10:53 2 baxış
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi
Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qax Rayon İcra Hakimiyyətinin başçısı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Samux Rayon İcra Hakimiyyətinin başçısı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi"nin sədri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini.
Mənbə oxu.az

Oxşar Xəbərlər