Cəmiyyət
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA
Oktyabrın 10-da saat 10:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı: Neft Daşlarında 26 (aylıq normanın 139%-i), Sumqayıtda 3, Bakı, Binə və Pirallahıda 2, Maştağada 1 mm-dək qeydə alınıb. Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Göygöldə 16, İmişli və Şəkidə (Kişçay) 10, Balakən və Qaxda (Sarıbaş) 6, Biləsuvar və Sabirabadda 5, Şirvan, Qobustan, Beyləqan, Zaqatala, Goranboy, Gədəbəy, Ordubad, Tovuz, Naxçıvan, Sədərək, Quba, Qusar, Şabran, Xızı, Neftçala, Astara, Ağdam, Cəbrayıl, Şamaxı, Kürdəmir, Naftalan, Zərdab, Tərtər, Bərdə, Hacıqabul və Salyanda 1-4 mm-dir. Qubadlı, Şuşa, Füzuli rayonlarında isə qısamüddətli yağış yağıb. Saat 08:15-08:27 aralığında Yardımlı rayonunda güclü leysanla müşayiət olunan, diametri 18-20 mm olan dolu düşüb.
Mənbə
oxu.az