İdman

Kriştianu Ronaldunu hansı cəza gözləyir?

10 Oct 2026, 00:12 5 baxış
Kriştianu Ronaldunu hansı cəza gözləyir?
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu məşq toplanışı zamanı komandanın düşərgəsini tərk etdiyinə görə cəzalandırıla bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb. Məlumata görə, Portuqaliya Futbol Federasiyası beşqat "Qızıl top" sahibi olan futbolçunun milli komandanın düşərgəsini tərk etməsindən sonra onun yığmanın oyunlarından kənarlaşdırılması məsələsini nəzərdən keçirir. Federasiyanın intizam qaydalarına əsasən, milli komandanın düşərgəsini icazəsiz tərk edən futbolçu bir aydan altı ayadək yığmanın oyunlarından kənarlaşdırıla və 500-1 000 avro məbləğində cərimələnə bilər. Ronaldunun sözlərinə görə, onun düşərgəni tərk etməsinə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşun verdiyi vədləri iki dəfə yerinə yetirməməsi səbəb olub. Futbolçu Millətlər Liqasının yeni mövsümündə Uelsə qarşı keçirilən ilk oyunda (1:0) meydana çıxıb. Norveçlə görüşdə (2:1) isə ehtiyat oyunçular skamyasında qalıb. Ronaldunun bildirdiyinə görə, o, əvvəlcədən həmin matçda oynamalı deyildi. Lakin baş məşqçi ondan oyunun 30 dəqiqəsində meydana çıxmağa hazır olmasını istəyib və isinmə hərəkətləri etməyə göndərib. Buna baxmayaraq, futbolçu sonradan ehtiyat oyunçular skamyasında qalıb. 41 yaşlı Kriştianu Ronaldu beşqat UEFA Çempionlar Liqası qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibidir. O, milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarında vurduğu qolların sayına görə rekordlara sahibdir. 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında da oynayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər