İdman

"Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində

10 Oct 2026, 01:49 3 baxış
"Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində

"Qarabağ"ın gənc hücumçusu Əli İbrahimov Yunanıstanın “Olimpiakos” komandasının düşərgəsindədir.


Axar.az xəbər verir ki, bu barədə Sportinfo.az saytı məlumat yayıb.


Ağdam təmsilçisinin əvəzedici heyətində və U-19 komandasında, eləcə də U-20 millisində çıxış edən Əli İbrahimov hələ bir neçə gün Pirey təmsilçisinin sıralarında qalacaq.


Ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan Ə.İbrahimov "Olimpiakos"da sınaq dövrünü uğurla başa vuracağı təqdirdə, ilk mərhələdə Yunanıstan nəhənginin əvəzedici və U-19 komandalarınıda forma geyinəcək.


Yunanlar onu UEFA Gənclər Liqasının və yığmanın oyunlarında görərək bəyəniblər.


Qeyd edək ki, 18 yaşlı hücumçu karate üzrə U-21 (18-21 yaş qrupu) yığmasının baş məşqçisi Elnur İbrahimin oğludur.

Mənbə axar.az

Oxşar Xəbərlər