Digər

Erməni separatçıların silahları müsadirə olundu

10 Oct 2026, 01:04 3 baxış
Erməni separatçıların silahları müsadirə olundu

İnterpol Ermənistanda vaxtilə Qarabağda separatizmlə məşğul olmuş ermənilərin silahlarını müsadirə edib.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.


"Əməliyyatın nəticələri göstərir ki, müsadirə edilən qanunsuz silahların əhəmiyyətli bir hissəsi Balkan bölgəsi, Şərqi Avropa və Qarabağ da daxil olmaql,a keçmiş və ya hazırkı silahlı münaqişə zonaları ilə əlaqəlidir" - məlumatda qeyd olunub.


Qeyd edək ki, İnterpol 17 ölkədə "Trigger X" adlı əməliyyat keçirib. Avropa və Mərkəzi Asiyada odlu silahların qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat nəticəsində 2823 ədəd kiçik və yüngül silah, 400-ə yaxın əl qumbarası və partlayıcı qurğu, həmçinin 40 000-dən çox döyüş sursatı ələ keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər