Digər

ABŞ-ın BCM-ə sanksiyası - AB-nin cavabı gecikmədi

10 Oct 2026, 01:37 4 baxış
ABŞ-ın BCM-ə sanksiyası - AB-nin cavabı gecikmədi

ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərarı Avropada sərt etirazla qarşılanıb.


Axar.az xəbər verir ki, Avropa Birliyi (AB) Şurasının Prezidenti Antonio Koşta X hesabındakı paylaşımında beynəlxalq ədalətin müdafiə olunmasının vacibliyini qeyd edib.


“Avropa Birliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı institusional sanksiyalar tətbiq etmək qərarından dərin təəssüf hissi keçirir. Vəziyyəti diqqətlə təhlil edəcək və məhkəməni qorumaq üçün müvafiq addımlar atacağıq”, - deyə A.Koşta vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər