İqtisadiyyat

ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi

10 Oct 2026, 00:48 5 baxış
ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya istehsalı olan dizel yanacağının dünya bazarına tədarükünə icazə verən müvəqqəti ümumi lisenziya təqdim edib. Sənəddə qeyd olunur ki, Rusiyada istehsal olunan dizel yanacağının satışı, tədarükü, boşaldılması və idxalı, o cümlədən ABŞ-yə idxalı ABŞ-nin şərq sahilində qüvvədə olan vaxtla 2027-ci il aprelin 7-də saat 00:01-dək icazəlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər