Digər

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - Video

09 Oct 2026, 23:00 3 baxış
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - Video
Baku TV-nin "Qarabağ xronikası"nın budəfəki buraxılışında İkinci Qarabağ müharibəsi zamanı Hadrut istiqamətində həyata keçirilən əməliyyatların hərbi-strateji əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, Hadrutun coğrafi mövqeyi, ətrafındakı hakim yüksəkliklər və burada cəmləşən düşmən qüvvələri qəsəbəni cənub cəbhəsinin əsas hərbi-strateji məntəqələrindən birinə çevirib.

Cəbrayılın azad edilməsindən sonra Hadrut istiqamətində əməliyyatların inkişaf etdirilməsi Azərbaycan Ordusunun sağ cinahının təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Qeyd olunub ki, düşmən Hadrut müdafiəsini gücləndirmək üçün müxtəlif istiqamətlərdən əlavə qüvvələr və zirehli texnika cəlb edib. Oktyabrın 7-də Azərbaycan bölmələrinin təminat xətlərini təhdid etmək və irəliləyişini dayandırmaq məqsədilə genişmiqyaslı zirehli əks-hücum həyata keçirilib. Lakin bu cəhd nəticə verməyib və Azərbaycan Ordusu əməliyyat təşəbbüsünü qoruyub saxlayıb. Əlavə edilib ki, Azərbaycan xüsusi təyinatlılarının cinahlardan irəliləməsi, hakim yüksəkliklərə və əsas kommunikasiya xətlərinə nəzarətin ələ keçirilməsi düşmənin müdafiə sistemində ciddi pozuntular yaradıb. Oktyabrın 8-də Azərbaycan xüsusi təyinatlılarının kiçik qrupları Hadruta daxil olaraq axtarış əməliyyatlarına başlayıb. Oktyabrın 9-da isə qəsəbənin azad edilməsi ilə bağlı mühüm mərhələ qeydə alınıb. Vurğulanıb ki, Hadrutun azad edilməsindən sonra düşmənin qəsəbəni geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnib. Oktyabrın 11-12-də baş verən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri ciddi itkilər verib, Azərbaycan Ordusu isə müdafiənin dərinliyində fəaliyyətini davam etdirib. Nəticə etibarilə, Hadrutun və ətrafdakı hakim yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycan Ordusunun qarşısında Füzuli, Arazboyu Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində yeni əməliyyat imkanları açıb. Bu uğur cənub cəbhəsində hərbi əməliyyatların coğrafiyasının genişlənməsində mühüm rol oynayıb.
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - Video Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər