Digər
Bu ölkədəki etirazlarda "Starlink"dən istifadə edilib
Qərb ölkələri digər dövlətlərdə etiraz aksiyaları və iğtişaşların təşkili üçün “Starlink” peyk internet sistemindən istifadə ediblər.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin direktor vəzifəsini icra edən Andrey Akulçev II Qlobal Rəqəmsal Forumda bildirib.
Diplomatın iddiasına görə, belə hallar 2022-ci ildə İranda, 2024-cü ildə isə Venesuelada qeydə alınıb.
Qeyd edək ki, II Qlobal Rəqəmsal Forum Moskvada oktyabrın 8-dən 10-dək keçirilir.
Mənbə
axar.az