İqtisadiyyat

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?

09 Oct 2026, 18:08 3 baxış
Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, ƏƏSMN-dən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. "Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir", - deyə nazirlikdən vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər