İdman

Türkiyə Futbol Federasiyasında beş rəhbər istefa verib

09 Oct 2026, 19:48 1 baxış
Türkiyə Futbol Federasiyasında beş rəhbər istefa verib
Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətində növbədənkənar seçkinin keçirilməsi ilə bağlı fikir ayrılığı yaranıb. Oxu.Az "Haber7"yə istinadən xəbər verir ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu seçkilərin müəyyən edilmiş təqvimə uyğun keçiriləcəyini bildirib. İdarə Heyətinin əksər üzvləri vəzifələrini davam etdirmək qərarını dəstəkləyiblər. TFF-nin vitse-prezidenti Məcnun Otyakmaz isə istefa verdiyini açıqlayıb. O, iclasdan sonra jurnalistlərə açıqlamasında növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə bağlı təkliflərin qəbul edilmədiyini bildirib. Otyakmaz fikir ayrılıqları səbəbindən istefa vermək qərarına gəldiklərini qeyd edib. Məcnun Otyakmazla yanaşı, Bilal Arslan, Mustafa Bozbağ, Bahadır Saraç və Murat Şahinin də istefa verdiyi iddia olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər