Cəmiyyət

Naxçıvanda suyun verilişində fasilə yaranacaq

09 Oct 2026, 19:24 2 baxış
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-də saat 21:00-dan etibarən şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrində, 6, 11, 58, 59 və 61-ci məhəllələrdə, Hərbi şəhərcik 2 ərazisində, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərində suyun verilişi müvəqqəti dayandırılacaq. Suyun verilişinin oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə bərpa olunacağı gözlənilir.
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər