İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu azalıb

09 Oct 2026, 11:52 4 baxış
Azərbaycanın xarici dövlət borcu azalıb
Bu il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509.5 milyon ABŞ dolları təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.8% azdır. Təkcə sentyabr ayında Azərbaycanın xarici dövlət borcu 50 milyon ABŞ dolları azalıb. Qeyd edək ki, ötən il ölkənin xarici dövlət borcu 6.7% azalaraq 4 milyard 813.5 milyon ABŞ dollarına (8 milyard 183 milyon manata) düşmüşdü.
Mənbə oxu.az

Oxşar Xəbərlər