İdman

Azərbaycanlı parataekvondoçusu Paris Qran-prisində gümüş medal qazandı - Foto

09 Oct 2026, 00:48 3 baxış
Azərbaycanlı parataekvondoçusu Paris Qran-prisində gümüş medal qazandı - Foto
Fransanın paytaxtı Parisdə keçirilən parataekvondo üzrə Qran-pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib. Qeyd edək ki, ən reytinqli idmançıların qatıldığı Paris Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında üç parataekvondoçu - İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə təmsil olunur.
{{gallery}}
Azərbaycanlı parataekvondoçusu Paris Qran-prisində gümüş medal qazandı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər