İdman

Beş oyunçusu lift qəzasında yaralandı, FIBA "Gəncə"nin xahişini rədd etdi

09 Oct 2026, 01:06 1 baxış
Beş oyunçusu lift qəzasında yaralandı, FIBA "Gəncə"nin xahişini rədd etdi
Beynəlxalq Basketbol Federasiyası (FIBA) mehmanxanada liftin düşməsi nəticəsində bir neçə oyunçusu zədələnən Azərbaycanın "Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyununun təxirə salınması ilə bağlı müraciətini rədd edib. Oxu.Az xəbər verir ki, bu barədə "Gəncə"nin baş məşqçisi Martin Knezeviç sosial şəbəkə hesabında paylaşım edib. Çərşənbə günü "Gəncə" FIBA Avropa Kubokunun C qrupunda ilk tur çərçivəsində İstanbulda Türkiyənin "Erokspor" komandası ilə qarşılaşıb və 63:92 hesabı ilə məğlub olub. "Dünən axşam "Erokspor"un bizə təqdim etdiyi ucuz mehmanxanada liftin düşməsi nəticəsində beş oyunçumuz yaralandı. Bunu nəzərə alsaq, "Erokspor"a qarşı matçın yekun nəticəsi məni təəccübləndirmir. Uşaqlar üç mərtəbə aşağı düşüblər və şükür ki, həyatlarını həmişəlik dəyişə biləcək ağır xəsarətlər almayıblar. Buna baxmayaraq, üçüncü hissənin sonuna qədər xal fərqini 10-a endirməyi bacardıq. Hə, bir də bir neçə oyunçumuz sıradan çıxdığı halda oyunun təxirə salınması ilə bağlı xahişimizə məhəl qoymayan FIBA-ya təşəkkür edirəm. Siz ən yaxşısınız", - deyə Knezeviç qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər