Dünya

Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto

09 Oct 2026, 01:36 2 baxış
Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də - öz ad günündə Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə görüşüb. xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti MAX messencerində məlumat yayıb. Bildirilir ki, Rusiya lideri səhər saatlarında kütləvi informasiya vasitələrindən Almaniyanın keçmiş kanslerinin Moskvada olduğunu öyrənib. Şröder Rusiya paytaxtına "Qlobus" şirkətinin işləri ilə bağlı gedib. Çoxillik dostunun səfərindən xəbər tutan Putin onu evinə dəvət edib. Nəticədə Almaniyanın sabiq kansleri axşamı 74 yaşını qeyd edən Rusiya prezidenti ilə birgə keçirib. Görüşün digər təfərrüatı barədə Kreml məlumat verməyib. Həmçinin siyasətçilərin hər hansı işgüzar məsələləri müzakirə edib-etmədiyi də dəqiqləşdirilmir.
Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto
Mənbə oxu.az