Dünya
Donald Tramp İlon Maskı mükafatlandırdı
ABŞ Prezidenti Donald Tramp Amerikanın ən iri texnologiya şirkətlərinin altı rəhbərinə elm və texnologiya sahəsindəki mühüm nailiyyətlərinə görə dövlət mükafatları təqdim edib. Mükafatlandırılanlar arasında "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask və "Google"un həmtəsisçisi Sergey Brin də var. Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, təltifetmə "Science: A New Golden Age" sammitində baş tutub. "İlon müasir Tomas Edisondur. İlon, səni təbrik etmək istəyirəm. Sən mənim dostumsan. Lakin eyni zamanda xüsusi bir insansan", - deyə Donald Tramp bildirib. ABŞ prezidenti "Google"un həmtəsisçisi Sergey Brini isə "bütün insanlara bəşəriyyətin bütün biliklərinə çıxış imkanı verən" uzaqgörən şəxs kimi xarakterizə edib. Dövlət mükafatlarına, həmçinin, "Nvidia" şirkətinin rəhbəri Censen Huanq, "AMD" şirkətinin rəhbəri Liza Su, "Dell Technologies" şirkətinin rəhbəri Maykl Dell və "Microsoft" şirkətinin rəhbəri Satya Nadella layiq görülüblər.
Mənbə
oxu.az