İdman
AFFA nümayəndəsi UEFA tərəfindən təyinat alıb
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Kifayət Mustafayeva DÇ-2027-nin seçmə mərhələsində Albaniya və Uels milli komandaları arasında keçiriləcək pley-off qarşılaşmasında UEFA nümayəndəsi olacaq. Qarşılaşma oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən "Loro Boriçi" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə
oxu.az