Cəmiyyət

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi - İddia

09 Oct 2026, 01:00 5 baxış
Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi - İddia
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. Oxu.Az nocomment.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialara əsasən, hadisə nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib. Azyaşlıların səhhətində yaranan kəskin ağırlaşmalar valideynlər arasında ciddi narahatlıq və narazılığa səbəb olub. Hazırda hadisənin baş vermə səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və onların ümumi səhhəti ilə bağlı məsələlərlə bağlı araşdırma aparılır.
Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi - İddia
Mənbə oxu.az

Oxşar Xəbərlər