Cəmiyyət

Bir sıra ərazilərdə işıq olmayacaq - Siyahı

09 Oct 2026, 01:12 1 baxış
Bir sıra ərazilərdə işıq olmayacaq - Siyahı
Oktyabrın 9-da təmir və yenidənqurma işləri ilə əlaqədar paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Belə ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 9-da Xətai rayonunda 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir, Binəqədidə isə 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri aparılacaq. Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq. Bununla yanaşı, Göyçay və Yevlax Elektrik Şəbəkələrində (EŞ) bir sıra 10 kV-luq hava xətlərində və güc mərkəzlərində təmir, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq. Göyçayda 10 kV-luq 2-ci şəhər hava xəttinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqəsində (KTM) görüləcək təmir işləri ilə əlaqədar şəhər ərazisində Heydər Əliyev prospekti, Atatürk, Hacı Zeynalabidin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Nizami, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrinin bir hissəsində saat 14:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Yevlaxın Dəlləklər, Göyük, Hacımahmudlu, Qaramanlı, Nəmirli kəndlərinin bəzi ərazilərində 10 kV-luq "2 saylı Qaramanlı" hava xəttində həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq. Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər