İdman

Murad Fətiyev: "Dünya çempionatında cüdoçularımızın medallarının sayı artacaq"

08 Oct 2026, 20:06 2 baxış
Murad Fətiyev: "Dünya çempionatında cüdoçularımızın medallarının sayı artacaq"
"Dünya çempionatında Azərbaycan cüdoçularının medallarının sayı artacaq". Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan millisinin üzvü Murad Fətiyev (90 kq) jurnalistlərə açıqlamasında deyib. Bürünc medal uğrunda görüşün çətin keçdiyini vurğulayan cüdoçu komandanın çempionata ciddi hazırlaşdığını bildirib: "Çox ağır keçən dünya çempionatıdır. Komanda olaraq bu yarışa ciddi hazırlaşmışıq. 5-6 ay ərzində ağır hazırlıq prosesi keçdik. Ümid edirəm ki, sabah Zelim, Uşangi, Kənan da qələbə qazanarlar. Bu uşaqlar həddindən artıq çox əziyyət çəkiblər. Hamısı qalib gələndə mən çox sevinəcəyəm, çünki hamısı gözümün qabağında olub - ağır məşqlərimiz, əziyyət, hər birini görmüşük. Bundan sonra daha yaxşı olacaq". Qeyd edək ki, M.Fətiyev üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydova qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər