İdman

Qranit Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı

08 Oct 2026, 21:00 2 baxış
Qranit Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı
İngiltərənin "Sanderlend" futbol klubunun və İsveçrə milli komandasının kapitanı Qranit Caka saxta COVID-19 peyvənd sertifikatı əldə etdiyinə görə 150 min İsveçrə frankı (təxminən 180 min dollar) məbləğində cərimələnib. xəbər verir ki, bu barədə futbolçunun özü sosial şəbəkə hesablarında məlumat paylaşıb. Sentyabr ayında Lütsern prokurorluğunun Caka barəsində saxta sənəd əldə etmə maddəsi ilə araşdırma apardığı bəlli olmuşdu. Daha sonra 34 yaşlı futbolçu təqsirini etiraf edərək istintaqla əməkdaşlığa hazır olduğunu bildirmişdi. Hətta onun həbs olunma təhlükəsinin olduğu vurğulanırdı. "Sadələşdirilmiş icraat qaydasında saxta rəsmi sənəd əldə etdiyimə görə iki il sınaq müddəti olmaqla 50 günlük şərti cəriməyə (hər biri 3 min İsveçrə frankı dəyərində) məhkum olundum. Bu, o deməkdir ki, bu müddət ərzində yeni bir hüquq pozuntusu törətməsəm, cəza icra olunmayacaq. Məhkəmə xərclərini artıq ödəmişəm. Bu qərarı qəbul edirəm və etdiyim əməllərə görə məsuliyyəti tam üzərimə götürürəm. Çoxsaylı dəstək mesajlarına görə hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox vacibdir", - deyə Caka yazıb. Qeyd edək ki, Qranit Caka karyerası ərzində Londonun "Arsenal", Leverkuzenin "Bayer", Mönhenqladbaxın "Borussiya" və "Bazel" klublarının şərəfini qoruyub. O, İsveçrə millisinin heyətində keçirdiyi 152 matçda 18 qola imza atıb.
Mənbə oxu.az