Cəmiyyət

Son altı ildə 443 nəfər mina qurbanı olub - XİN

08 Oct 2026, 21:48 2 baxış
Son altı ildə 443 nəfər mina qurbanı olub - XİN

Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.


Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında bildirilib.


Qeyd edilib ki, hadisə nəticəsində 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.


“Hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur”, - məlumatda deyilir.


Azərbaycan minaların yaratdığı davamlı təhlükəni pisləyib və ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq diqqətin artırılmasına çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər