Cəmiyyət

TAU rektoru ODTÜ-də görüşlər keçirdi

08 Oct 2026, 21:40 1 baxış
TAU rektoru ODTÜ-də görüşlər keçirdi

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində Orta Doğu Texniki Universitetini (ODTÜ) ziyarət edib.


Axar.az xəbər verir ki, səfər çərçivəsində Nəcibə Nəsibova ODTÜ-nün rektorunun vəzifəsini müvəqqəti icra edən prorektor Tülin Gençöz, rektorun müşaviri Ömər Dəlialıoğlu, Mühəndislik fakültəsinin dekanı Görkəm Külah, Kompüter mühəndisliyi kafedrasının müdiri Pınar Karagöz və professor-müəllim heyəti ilə görüşüb.


Görüşdə ODTÜ-nün tərəfdaşlığı ilə TAU-da həyata keçirilən Kompüter mühəndisliyi proqramının tədris imkanlarının genişləndirilməsi, tələbələrin ODTÜ-nün akademik mühitinə daha yaxından inteqrasiyası və universitetin mövcud imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.


Bu çərçivədə TAU-ya yeni qəbul olunmuş tələbələrin ODTÜ-nün kampusuna tanışlıq səfərlərinin daha məzmunlu təşkili, təcrübə imkanlarının genişləndirilməsi və tələbələrin digər akademik resurslardan daha geniş faydalanması istiqamətində fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər