Siyasət

XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı bəyanat yaydı

08 Oct 2026, 21:40 1 baxış
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı bəyanat yaydı
"Bu gün Cəbrayıl rayonunda mina partlayışı nəticəsində ata və oğul ağır xəsarət alıblar, bununla da 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda mina qurbanları və zərərçəkənlərinin sayı 443-ə çatıb". Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında bəyanat yayılıb. "Bu dəhşətli hadisə, günahsız insanların həyatına son qoymağa və ağır xəsarətlər yetirməyə davam edən minaların yaratdığı ölümcül və ayrı-seçkilik qoymayan təhlükəni bir daha nümayiş etdirir", - məlumatda bildirilib. Qeyd olunub ki, Azərbaycan minaların yaratdığı davamlı təhlükəni qətiyyətlə pisləyir və ölkədə mina təhlükəsi ilə mübarizə fəaliyyətinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır. Xatırladaq ki, bu gün Cəbrayılda Orxan Əşrəf oğlu Qəhrəmanovun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Əşrəf Elman oğlu Qəhrəmanov daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Əşrəf Qəhrəmanov xəsarət alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər